Qətərə rəğbət bəsləyən BƏƏ sakini 15 il azadlıqdan məhrum ediləcək

Bizimsesimiz.info // Qətərə rəğbət bəsləyən Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) sakinləri 15 ilədək azadlıqdan məhrum ediləcəklər.

“Report” “Gulf News”a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin Baş Prokorluğu bildirib.

Məlumata görə, ölkənin baş prokuroru Xamad Saif əş-Şəms bildirib ki, Qətərə münasibətdə qeyri-obyektiv yanaşanlar və ya bu ölkə ilə həmrəy olub, BƏƏ-nin mövqeyinin əleyhinə sosial şəbəkələrdə, yazılı, yaxud şifahi və görünütülü formada çıxış edənlərə ciddi və sərt tədbirlər görülücək.

Onun sözlərinə görə, həbslə yanaşı, həmin cinayətkar 135 min dollar məbləğində cərimə ödəyəcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.