Qətər Əmiri ABŞ-a Getsəydi, Çevriliş Olacaqdı – Şok İddia

Bizimsesiiz.info // Qətər əmiri Tamin bin Həmad əl-Sani ABŞ Prezidenti Donald Trampın dəvətini qəbul edib oraya getsəydi, ya çevriliş olacaqdı, ya da Səudiyyədə edildiyi kimi zorla silah almağa məcbur ediləcəkdi

Axar.az xəbər verir ki, bu sözləri AKP-nin İstanbuldan seçilən deputatı Burhan Kuzu Tvitter hesabında yazıb.

Qeyd edək ki, 7 körfəz ölkəsinin Qətərlə diplomatik əlaqələri kəsməsindən sonra Ağ Ev rəhbəri Donald Tramp əmir əl-Sanini ölkəsinə dəvət etmişdi.