Qətər əmiri Almaniya kansleri ilə görüşdü

Bizimsesimiz.info // Almaniya kansleri Angela Merkel Qətərlə bəzi ərəb ölkələri arasında baş verən münaqişənin üstündən 100 gün keçməsinə baxmayaraq hələ də bir çarə tapılmadığına görə narahatlığını dilə gətirib.

Paytaxt Berlində Qətər Əmiri Şeyx Təmim Həmid Sani Almaniya kansleri ilə görüşüb. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Merkel Sani ilə Körfəz böhranı ilə Liviya və Suriya məsələlərini də müzakirə etdiklərini söyləyib.

Qətərin qonşuları ilə yaşadığı münaqişədə hər kəsin qəbul edə biləcəyi bir həllin vacibliyinə diqqət çəkən Merkel deyib: “Rəhbərlər artıq bir masa ətrafında oturmalıdır. Almaniya bu ixtilafın tərəfdarı deyil, biz münaqişənin həllinə yardım etmək istəyirik. Qətər Əmiri Həmid Sani münaqişənin həlli üçün səy sərf edir. Küveyt və Amerika Birləşmiş Ştatları da vasitəçi səylərini əsirgəmir. Ərəb ölkələrinin Qətərə verdikləri 13 maddəlik tələb siyahısının sonu necə nəticələnək? Hər gün qəzetlərdə yer almayacaq danışıqların olması lazımdır. Adil qərarlar sakit şəkildə bir-birilə danışaraq və güzəştlər əsasında verilir.”

Qətər Əmiri Həmid Sani də öz növbəsində jurnalistlər qarşısında çıxışında dedi: “Qətərlə bəzi ərəb ölkələri arasındakı böhranda Almaniyanın göstərdiyi səylərə görə təşəkkür edirəm. Bu münaqişəni həll etmək üçün Qətər hər zaman masa arxasında oturmağa hazırdır.”

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir