Bizimsesimiz.info // Qətər hakimiyyəti bir sıra ərəb ölkələrinin əmirliyə qarşı irəli sürdüyü tələbləri rədd edib. Xatırladaq ki, ölkəyə qarşı 13 tələb irəli sürülmüş və bunların yerinə yetirilməsi üçün 10 gün vaxt verilmişdi.

Virtualaz.org “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, bu barədə Qətər Dövlətinin xarici işlər naziri Məhəmməd ben Abdel Rəhman Əl-Tani bildirib. “Biz tələblərdən ibarət siyahını rədd edirik və müvafiq şərtlərdə dialoqa hazırıq”, – o deyib.

XİN başçısı əlavə edib ki, Qətər lap əvvəldən bəyan etmişdi ki, ölkənin suverenliyinə xələl gətirə biləcək hər hansı tələbi qəbul etməyəcək. “Ultimatumun müddəti bitdikdən sonra biz istənilən neqativ nəticələrə hazırıq”, – diplomat qeyd edib.

Onun sözlərinə görə, ultimatumda irəli sürülən tələblər ölkəni nəzarətə almaq məqsədi daşıyır və beynəlxalq hüquqa ziddir. Əl-Tani bildirib ki, yaranmış vəziyyətdə Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası və Ərəb Dövlətləri Liqası münaqişənin həlli üçün heç bir addım atmayıblar. Bununla yanaşı, Qətərin xarici işlər naziri Rusiyanın tutduğu konstruktiv mövqeyi qeyd edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here