FILE- In this file photo released by the Iranian state-run IRIB News Agency on Monday, June 19, 2017, a missile is fired from city of Kermanshah in western Iran targeting the Islamic State group in Syria. The main adversary the Arab nations set up the council to stand against, Iran, meanwhile launched a volley of ballistic missiles at militants in Syria, its first such strike in more than a decade and a half. (IRIB News Agency, Morteza Fakhrinejad via AP, File)

Bizimsesimiz.info // Qətər Səudiyyə Ərəbistanı başda olmaqla Körfəz ölkələrinin təqdim etdiyi 13 bəndlik tələbləri qəbul etməkdən qəti imtina edib. Bu tələbləri yerin yetirmək üçün Qətərə verilmiş vaxt sabah iyulun 3-də başa çatır. Tələblərə əsasən Qətər terrorçuluğun maliyyələşdirilməsini dayandırılmalı, İranla əlaqələri kəsməli, “Əl-Cəzirə” kanalını bağlamalı və digər şərtləri yerinə yetirməlidir.

Virtualaz.org xəbər verir ki, Qətər həmin tələblərin ölkənin suverenliyinə zidd olduğunu bildirərək müzakirəsindən və qəbulundan imtina etdiyini bildirib.

Səudiyyə Ərəbistanı xarici işlər naziri Adel əl-Cübeyr də Qətərin tələbləri yerinə yetirməkdən rəsmən imtina etdiyini təsdiqləyib. Bildirib ki, rəsmi Doha terrorçuluğun maliyyələşdirilməsindən və region ölkələrinin daxili işlərinə qarışmaqdan imtina etmək niyyətində deyil.

“Al-Arabiya” telekanalının bildirdiyinə görə bundan əvvəl Qətəri təcrid etmiş körfəz ölkələri başda Səudiyyə olmaqla Dohaya mesaj göndəriblər ki, onların səbri tükənir. Məlumata görə kral Salman və onun yeni varisi, 31 yaşlı müdafiə naziri Məhəmməd bin Salman Qətərə qarşı daha sərt addımları nəzərdən keçirirlər. Körfəz ölkələrinin Qətəri işğal edəcəyinə dair iddialar da var, ancaq hələlik heç bir ölkə hərbi planın olduğu haqda danışmayıb.

Səudiyyə başda olmaqla körfəz ölkələri Dohaya təqdim edilmiş tələbləri yumşaltmaq niyyətində də deyil. Xarici işlər naziri əl-Cübeyr bildirib ki, bu tələblər yenidən nəzərdən keçirilə bilməz. Çünki Dohanın terroçuluğu maliyyələşdirməyə yönəlmiş fəaliyyəti krallığın, eləcə də regionun təhlükəsizliyini təhdid edir.

Ötən gün Qətər əmiri əl-Tani Rusya prezidenti Vladimir Putinə zəng vuraraq körfəz ölkələri ilə yaranmış böhranı müzakirə edib. Putin bu telefon danışığından sonra Bəhreyn kralına zəng vurub. Ehtimal ki, Rusiya prezidenti böhranın aradan qaldırılması üçün hansısa vasitəçilik imkanlarını araşdırır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here