Qətər bu ölkələrin “qara siyahı”ya salınmasını tələb etdi
Bizimsesimiz.info // Qətər hökümətinə bağlı Milli İnsan Haqqları Komitəsinin sədri Əli Samih Marri Amerika Konqresini Qətərı blokada edən ölkələri beynəlxalq müqavilələri pozan dövlətlərin yer aldığı “qara siyahı”ya salmalarını tələb edib.
Qətərin QNA rəsmi xəbər agentliyinin yazdığına görə, Amerika Birləşmiş Ştatlarına səfər edən Ə.S.Marri ABŞ Konqresi İnsan Haqqları Araşdırma Komissiyasının sədri Tom Lantosile ilə görüşüb. Söhbət zamanı Marri Vaşinqton rəhbərliyindən Qətərə tətbiq olunan mühasirənin aradan qaldırılması üçün təcili hərəkətə keçməsini istəyib və blokada tətbiq edən ölkələri beynəlxalq müqavilələri pozan dövlətlərin olduğu “qara siyahı”ya salınmasını tələb edib.
Mühasirəylə əlaqədar əhatəli hesabat təqdim edən Marri ABŞ rəsmi nümayəndəsini Dohaya dəvət edib və Qətərə tətbiq edilən blokadayla əlaqədar pis vəziyyətə düşən vətəndaşlarla görüşməyi təklif edib.
Qətər Milli Müdafiə naziri Halid Məhəmməd Ətiyyə isə Karnegi Mellon Universitetində “Kiber Hücumlarının İqtisadi və Sosial Təsirləri” konfransında çıxışı zamanı: “Dörd ölkə tərəfindən tətbiq olunan blokada çağırışları bizi əvvəlkindən daha güclü etdi”, – deyib.