Qətər embarqonun dayandırılması vaxtının çatdığını bildirir

Bizimsesimiz.info // Qətər Hökumət Əlaqə Bürosunun sədri Şeyx Seyf bin Əhməd Al Sani  sosial mediada verdiyi açıqlamada:”Qətərə qarşı embarqo tətbiq edən ölkələr Doha rəhbərliyini qınamaları məsələsində hökumətlərə təsir edə bilmədilər. İndi ictimaiyyəti  satın almaq üçün ümidsiz cəhdlər göstərirlər. Embarqonu dayandırmağın vaxtı gəldi” ifadələrini işlətdi.

Embarqonun üstündən 80 gündən artıq vaxt keçdiyini, bunu tətbiq edən ölkələrin ictimaiyyətə təsir etmək üçün pis niyyətli təbliğatlar apardığını bildirən Şeyx Seyf:” Bu ölkələr iftira kampaniyasına milyonlarla dollar xərcləyirlər. Qətər isə vətəndaşlarının mənfəətinə, xüsusən, təhsilə maddi vəsait ayırır. Bu kampaniyalar həqiqətləri dəyişdirməyəcək” deyə bildirdi.

Ölkəsinin iyulun 11-də Amerika Birləşmiş Ştatları ilə  terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasına dair anlaşma memorandumu imzaladığını xatırladan Şeyx Seyf bunun embarqo dövlətlərinin etmədiyinə diqqət çəkdi.

Şeyx Seyf Körfəz böhranının Körfəz Əməkdaşlıq Şurası  ölkələri xalqlarını ağır vəziyyətə saldığını qeyd etdi.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri , Bəhreyn və Misir rəhbərlikləri iyunun 5-də Qətər ilə bütün diplomatik əlaqələrini kəsdikdən sonra Körfəz böhranı baş vermişdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir