Qətər İraqda səfirlik açaraq ölkənin bərpasında iştirak edəcək

Bizimsesimiz.info  // Qətər tez bir zamanda İraqda səfirlik açaraq İŞİD-lə müharibədən sonra bu ölkənin bərpasında iştirak etmək istəyir.

Bu bəyanatla bu gün mətbuat konfransında Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani çıxış edib.

Əl-Tani jurnalistlərə İraqlı həmkarı İbrahim əl-Cəfər ilə Dohada görüşündən sonra müsahibə verib.

Xatırladaq ki, Qətər 27 il öncə Səddam Hüseynin dövründə İraqın Küveytə hücumundan sonra İraqdakı səfirliyini bağalamışdı.

Bundan əlavə, Qətər xarici işlər naziri İraq xalqını İŞİD terrorçularına qalib gəlmələri münsibəti ilə də təbrik edib.

Qətər XİN rəhbəri ölkəsinin İraqın bərpasında aktiv rol oynayacağına söz verərək iki ölkə arasında münasibətlərin yeni səhifəsinin açılacağını bildirib. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir