Qətər ittihamlara cavab verib

Bizimsesimiz.info // “Qətərə embarqo tətbiq edən 4 ölkənin açıqlamalarını təəssüflə qarşıladıq. Başqa ölkələrin daxili işlərinə müdaxilə etmə və terrorizmin maliyyələşdirilməsi ilə bağlı bizə qarşı səsləndirilən ittihamlar əsassızdır”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qətər hökumətinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda daha sonra vurğulanır ki, ittihamların reallıqla heç bir əlaqəsi yoxdur: “Bu kimi açıqlamalar dövlətlərarası münasibətlərə ciddi xələl gətirir. Qətər anlaşılmazlıqları müzakirə etməyə hazırdır”.

Qeyd edək ki, Misirin Qahirə və Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan görüşlərdə Qətər hökumətinin ünvanına növbəti dəfə ağır ittihamlar səsləndirilib.