Bizimsesimiz.info // Körfəzdə yaranan böhranın ardınca Türkiyənin qətiyyətli mövqeyi Qətərdə bu ölkəyə böyük rəğbət hissi yaratmaqdadır.

Azərbaycan 24 xəbər verir ki, Ankaranın hərtərəfli dəstəyi ilə özlərini güvəndə hiss edən qətərlilər sosial şəbəkələrdə Türkiyəyə sevgilərini ifadə edirlər.

Ötən gün isə Qətərin Əmiri Şeyx Təmim bin Hamad əl Tani “Twitter” üzərindən Türkiyə və Ərdoğana təşəkkürünü çatdırıb. Ərdoğanla birgə görüşlərindən ibarət video, türk dilində təşəkkür mətni və Türkiyənin bayrağı ilə ürək simvolunu paylaşan Qətər Əmirinin bu təşəkkürü sosial şəbəkədə minlərlə insanı duyğulandırıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here