Qətər üzərindən mühasirəyə alınmaq istənilən Türkiyə və İranın mövqeyi
Bizimsesimiz.info// NATO-da Türkiyənin müttəfiqi olan ABŞ yeni müttəfiqi olan YPG ilə birgə Suriya üzərindən Yaxın Şərqdəki hegemonluq müharibəsini sürətləndirməyə başlayıb. Belə bir vəziyyətdə “narahat olan” Türkiyənin AKP iqtidarı ABŞ-ın hədəf halına gətirdiyi Qətərə 30 min türk əsgərinin göndərilməsi barədə parlamentdə qərar qəbul etdirib. Bununla da AKP ABŞ-ın İranı mühasirəyə alma planına uyğun addım atır. Xarici siyasətdəki qərarsızlıq, milli təhlükəsizlik anlayışına belə məsələlərdə daha çox öz təsirini qoyur. ABŞ eyni zamanda həm Suriyada “quru gücü” olaraq adlandırdığı YPG ilə, həm də Qətər üzərindən Türkiyə Silahlı Qüvvələrinin gücündən istifadə edərək, İranı mühasirəyə almağa çalışır. Onlar bununla da bir daşla bir neçə quş vura biləcəklərini düşünürlər. 1 – Suriyada YPG-dən istifadə edərək, İraq – Suriya xəttindən Şərqi Aralıq dənizinə uzanan kürd koridoru ilə Türkiyəni mühasirəyə almaq 2 – Qətər üzərindən İranı mühasirəyə almaq və bunun üçün Türkiyə Silahlı Qüvvələrindən istifadə etmək ABŞ Yaxın Şərqi yeni müharibə astanasına planını reallaşdıra bilsə beynəlxalq güc mərkəzlərinin yönləndirdiyi və Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Yəməni xaos mühitinə daxil edəcək. Əgər bu fəlakət planı reallaşarsa, bu problemin tam ortasında yer alan ölkə heç kim şübhə etməsin ki, Qətərdə 30 min əsgəri yerləşdirən Türkiyə olacaq. ABŞ-ın Suriyada YPG ilə hərəkət etməsi ilə Qətər üzərindən İranı mühasirəyə alması arasında heç bir fərq yoxdur. Əgər birinə qarşı çıxırsınızsa, (yəni ABŞ – YPG/PKK ittifaqına), digərinə də, yəni Qətər üzərindən İranın mühasirəsinə də qarşı çıxmalısınız. “Nə dəxli var?” deyənlər olacaq əlbəttə. Bu sualı verənlərə cavabları ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin müdir köməkçisi olaraq işləmiş polkovnik Ralp Peters cavab verir: “… Türkiyənin şərqində beşdə birlik bir bölgə işğal edilmiş bölgə olaraq qəbul edilməlidir. Suriya və İran kürdləri də mümkün olsa müstəqil Kürdüstana qatılmaq istəyərlər. Dünyanın qanuni demokratiyalarında kürd müstəqilliyini qəbul etməmələri mediamızda tez-tez həyəcanlandıran güclü insan haqqı pozuntusudur. Diyarbəkirdən Təbrizə uzanan bir Kürdistan, Bolqarıstan və Yaponiya arasında ən qərb tərəfdarı dövlət olacaq”. Deməli, ABŞ-ın regional hegemonluq planı, sadəcə Suriya və İraqdan ibarət deyil. Bu plan Yaxın Şərq, Balkanlar, Qafqaz və Asiyanı əhatə edir. Burada kilid rolunu oynayan Türkiyə dünyanın taleyini həll edə bilər. Öz kilidimizi öz əlimizə alar və yaxşı saxlasaq, bununla birlikdə ABŞ-ın hədəf halına gətirdiyi bölgə ölkələri ilə əməkdaşlığa başlasaq, öz milli təhlükəsizlik anlayışımızı ortaya qoysaq, bunu bacara bilərik. Buna nümunə istəyənlərin Atatürkün liderliyində qurulan Sadabat paktına baxmalarını tövsiyyə edirəm. // Mithat Akar / eastnews.org