Qətər Milli İnsan Haqqları Komitəsi Amerika Birləşmiş Ştatlarından Qətərə qarşı çıxan ölkələrin Qətər vətəndaşları və öz ölkələrində yaşayan qətərlilərə qarşı etdikləri qanun pozuntularına qarşı dəqiq və sərt cavab verilməsini istəyib.

Komitədə verilən şərhdə bildirilir: “Prezident Əli Samih Marri ABŞ-ın paytaxtı Vaşinqtonda Xarici İşlər Nazirliyində bir çox səlahiyyətlilərlə görüşüb. Görüşdə humanitar dəyərlər, prinsiplər və beynəlxalq müqavilələrin ölkə mənfəətlərindən də yuxarı olması vurğulanıb. Marri Qətər vətəndaşları və qonşu ölkələrdə yaşayan qətərlilərə qarşı işlənən insan haqları pozuntuları və kütləvi cəzalandırma ilə bağlı ABŞ səlahiyyətlilərinə ətraflı məlumat verib. Bütün bunlara Vaşinqton rəhbərliyi dəqiq və sərt bir mövqe nümayiş etdirməlidir.

Xatırladaq ki, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri 5 iyunda Qətərlə əlaqələri kəsib, bunu daha sonra başqa ölkələr də davam etdirib. Siyahıdakı maddələr arasında Qətərdəki Türkiyə hərbi bazasının bağlanılması da var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here