Qətərin İrandakı səfiri Tehrana qayıdıb

 Bizimsesimiz.info // Qətərin İrandakı səfiri Əli Hamad əl-Sulaiti cümə günü Tehrana qayıdıb. O, artıq bu gün vəzifəsinin icrasına başlayıb.

Bu barədə SalamNews RİA “Novosti”yə istinadən xəbər verir.

Qətər səfirinin qayıdacağını çərşənbə günü açıqlamışdı. Əmirlik Xarici İşlər Nazirliyinin bəyanatında ölkə hökumətinin İranla bütün sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndiriləcəyinə ümid etdiyi bildirilib.

Xatırladaq ki, ötən ilin yanvarında Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə edilən hücumdan sonra ər-Riyad hökuməti, eləcə də Bəhreyn və Küveyt İrandakı diplomatik nümayəndələrini geri çağırmışdılar.