Qətərlilərə Həcc ziyarətinə icazə verildi, amma bir şərtlə…
Bizimsesimiz.info // Səudiyyə Ərəbistanı rəhbərliyi Qatardan olan hacı namizədlərinin əvvəldən elektron icazə almadan quru və hava yollarıyla ölkəyə girə biləcəklərini, xərclərinin isə Kral Səlman Əbdüləziz tərəfindən ödənəcəyini bildirib.
Səudiyyə Ərəbistanını xəbər agentliyi “Spa”da yazılana görə, Kral Səlman vəliəhd Şahzadə Məhəmməd Səlmanın Qatar vətəndaşlarının Həcc ziyarətini yerinə yetirmək üçün Selva Sərhəd qapısından istifadə edə biləcəklərini söyləyib.
Kral Səlman Qətər rəhbərliyindəki Sani ailəsinin üzvü və Ciddedəki Selam Sarayında vəliəhd Şahzadə tərəfindən qəbul edilən Şeyx Abdulla Əli Abdulla Casim Sanının vasitəçiliyi sayəsində təklifi qəbul edib. O, Qətər vətəndaşlarının Həcc ziyarəti üçün əvvəlcədən elektron icazə almadan Səudiyyə Ərəbistanı torpaqlarına girə biləcəklərinə də razılıq verib.
Kral Səlman hətta Demmam şəhərindəki Kral Fahd Beynəlxalq Havalımanı ilə Ahsa Beynəlxalq Havalımanından ziyarətçilərin götürülmələri, hər cür xərcləri ödənilməklə Ciddeyə aparılmaları və Səudiyyə Ərəbistanı hava yollarına aid təyyarələrdən Qətər hava lımanına göndərilməsi üçün də təlimat verib.
Şeyx Casim Sani vəliəhd Şahzadə Məhəmmədlə dünən (16.08.2017) reallaşdırdığı görüşdə iki ölkə arasında köklü qardaşlıq əlaqələrini xatırlatmış və Selva Sərhəd darvazasının açılması üçün vasitəçi olub.
Səudiyyə Ərəbistanı bundan əvvəl də Qətər Hava yollarından istifadə etməməklə qətərli hacı namizədlərinə ziyarət üçün şərait yaradacağını bildirmişdi, amma Qətər Səudiyyə Ərəbistanını hacı namizədlərinə mane olmaqla günahlandırmışdı.