Bizimsesimiz.info  // Fələstin parlamenti Qəzza zolağının “fəlakət zonası” elan edilməsini hüquqi, maliyyə və inzibati baxımdan zəruriliyinin göstərilməsini istəyib.

Dünən Qəzzadakı Fələstin parlamentinin binasında keçirilən “Ramallah hökumətinin korrupsiyası” mövzusunda sessiyada hüquqi və milli qurumların vəziyyətiylə bağlı hesabatlar hazırlanmalı olduğu qeyd edilib.

Fələstin parlamenti Qəzzadakı nazirliklərdə və hökumət qurumlarındakı qanun pozuntularıyla bağlı istintaq açılmasını, xaricdə müalicə və bu mövzuda aparılan diskriminasiya ilə Qəzzanın yenidən abadlığı dosyesinin araşdırılmasını istəyib.

Rami əl-Hamdallahın başçılıq etdiyi hökumətin qeyri-qanuni qəbul edilməli olduğunu bildirən Fələstin parlamenti Ramallahdakı hökumətin parlamentdən səs toplamadığını xatırladıb.

Fələstin parlamenti bütün qrupların iştirakı ilə 2011-ci ildə imzalanan razılaşma müqaviləsinə uyğun bir milli qurtuluş hökumətinin qurulmasına çağırıb.

Fələstin parlamenti, həmçinin Fələstin baş prokurorundan şəxsən özünə yönəldilən korrupsiya ittihamları səbəbindən Ramallah hökumətinin başçısı Rami əl-Hamdallah haqqında istintaq açılmasını tələb edib. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here