Qəzzada İsrail hərbçiləri ilə qarşıdurmalar zamanı yüzlərlə fələstinli yaralanıb

Bizimsesimiz.info  // Qəzza zolağında İsrail hərbçiləri ilə baş verən qarşıdurmalar zamanı yüzlərlə fələstinli yaralanıb.

Bu barədə Fələstin Dövlətinin Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirliyin mətbuat nümayəndəsi Əşrəf əl-Kedranın sözlərinə görə, döyüş güllələri ilə yaralanan 34 nəfər xəstəxanaya yerləşdirilib: “İki nəfərin vəziyyəti ağırdır.

Daha 64 nəfər qazdan zəhərlənəndir. Onlara yerindəcə yardım edilib”.

Fələstin Qırmızı Xaç Təşkilatının nümayəndəsi Erab əl-Fukaha bildirib ki, tibb işçiləri İordan çayının qərb sahilində daha 130 fələstinliyə təcili yardım göstərib: “Onlardan 4-ü döyüş gülləsi, digərləri isə rezin güllələrdən yaralanıb. Bəzi insanlar gözyaşardıcı qazdan zəhərlənib”. Report.az

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir