Bizimsesimiz.info  // ABŞ-ın Qüdsü “İsrailin paytaxtı” olaraq tanıma qərarına qarşı Qəzzada “Qüdsə dəstək yürüşü” keçirilib.

Qəzzadakı Səraya Meydanından “Naməlum Əsgər Abidəsi”nin yer aldığı parka gedən onlarla fələstinli “Qüds Fələstinin paytaxtıdır” yazılı plakatlar qaldıraraq, ABŞ-ın qərarı əleyhinə müxtəlif şüarlar səsləndirib.

İslami Cihad Hərəkatı rəhbərlərindən Xıdır Həbib yürüş zamanı verdiyi açıqlamada “ABŞ-ın Qüdslə bağlı qərarına etirazımızı dilə gətirmək və Qüdsün Fələstinin paytaxtı olaraq qalacağını təsdiq etmək üçün buradayıq”, – sözlərini dilə gətirib.

Həbib “Xalqımız bir, düşməni bir və taleyi birdir. Bu səbəblə Fələstin iddiasıyla bağlı təhdidlərə qarşı birlikdə olmalıyıq”, – deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 6 dekabr 2017-ci ildə Qüdsü “İsrailin paytaxtı” olaraq tanıdığını və Təl-Əvivdəki səfirliyin Qüdsə köçürülməsi üçün Dövlət Departamentinə göstəriş verdiyini açıqlamışdı.

Trampın qərarına qarşı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Türkiyənin təşəbbüsüylə hazırlanan Qüdsün statusuna dair “İsrailin İşğal Altındakı Şərqi Qüds və Fələstin Torpaqlarındakı Fəaliyyəti” adlı qətnamə layihəsi ABŞ-ın təhdidlərinə baxmayaraq, 21 dekabr 2017-ci ildə 9-a qarşı 128 səslə qəbul edilmişdi.

Səsvermədə 35 ölkə isə bitərəf qalmışdı. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here