Qəzzanın Notr-Damı: Bizim də məscidlərimiz, məbədlərimiz illərdir yanır (KÖŞƏ YAZISI)

Parisdəki 300 futluq (təxminən 91 metr – red.) Notr-Dam kafedralının qülləsi acınacaqlı şəkildə canlı yayımda çökəndə Qəzzadakı Nüseyrət qaçqın düşərgəsi yadıma düşdü. Uşaqlığım burada keçib.

Yenə bir vaxt qonşuluğumuzda fəaliyyət göstərən məscidin xarablıqlarında ümidsizcə hərəkət edən buldozeri də televiziya ekranında görmüşdüm. Mən o məscidin həndəvərində böyümüşdüm. Uşaqlıqda günümün çox hissəsi həmin məsciddə babam Məhəmmədlə birgə keçirdi. Babam tarixi Fələstin torpaqlarından qaçqın düşmüşdü. Öz yurdundan qovulmamışdan əvvəl isə babam dağılmış Beyt-Dəras kəndində gənc məscid imamı kimi fəaliyyət göstərirdi.

Babam Məhəmməd öz digər həmyaşıdları ilə 1948-ci ildə qaçqın kimi Qəzzaya gələrkən xeyirxahlıq edib məskunlaşdıqları düşərgədə məscid inşa etmişdilər. Yeni məscid ilk öncə palçıqdan inşa edilmişdi, daha sonra kərpic, sonralar isə betonla təmir edilmişdi. O, vaxtının çox hissəsini orada keçirirdi. Vəfat edəndə cənazəsini dəfnə hazırlamaq üçün həmin məscidə aparmışdılar, daha sonra yaxınlıqdakı Şəhidlər qəbiristanlığında dəfn edildi.

Mən uşaq olanda babam əlimdən tutar, namaz vaxtı çatanda birlikdə həmin məscidə gedərdik. Ahıl vaxtında güclə hərəkət edəndə isə bu dəfə mən onun əlindən tutub həmin məscidə aparardım.

Ancaq Böyük məscid adlandırdığımız Məscidül-Kəbir sonradan əl-Qəssam məscidi adlandırıldı və 2014-cü ilin 8 iyulunda işğalçı İsrailin Qəzzaya qarşı növbəti təcavüzü zamanı raket zərbələrilə darmadağın edildi.

İsrail ordusu 2008-2009 və 2012-ci il müharibələrində fələstinlilərə məxsus yüzlərlə evləri və ibadətgahları hədəfə almışdı. Lakin 2014-cü il müharibəsi miqyasına görə ən amansız və ən dağıdıcı hadisə kimi yaddaşlarda qaldı. Minlərlə insan öldü, bundan xeyli artığı isə yaralandı. Heç nə İsrailin bombalarından sığortalanmamışdı. Fələstin Azadlıq Təşkilatının (FAT) hesablamasına görə, həmin vaxt Qəzzada 63 məscid darmadağın edilib, 150 məscidə isə ciddi ziyan dəyib.

Adətən yerli əhali bombardmanlardan xilas olmaq üçün bu məscidlərə toplaşırdılar. Barəsində danışdığım məscidin dağıntıları altından isə xeyli zəhmətlərdən sonra iki cəsəd aşkar edildi. Onların onsuz da qurtulmağa heç bir şansları yox idi. Onsuz da İsrail bombalarının partlayış dalğasından sağ qurtulsa idilər belə, məscidin ağır betonlarının altında qalaraq öləcəkdilər.

Əslində betonlar, sementlər, kərpiclər və fiziki dayaq strukturları öz-özlüyündə heç bir məna kəsb etmirlər. Onlara məna verən bizik. Məhz bizim həyat yolumuz, acılarımız, sevinclərimiz, ümid və imanımız hansısa bir binanı dəyərli məbədə çevirir.

On ikinci əsrdən bəri Fransada xeyli katolik etiqadlı nəsillər Notr-Dam kafedralını daşıdığı mənasına və simvolizminə görə dəyərləndirirdilər.

Alov kilsənin palıd tavanını və strukturun böyük hissəsini məhv edərkən Fransa vətəndaşları və dünyanın hər yanından insanlar bu mənzərəni böyük bir dəhşətlə izlədilər. Çünki yüz illər ərzində yaranmış bütöv xatirələr, ibadətlər, bir xalqın tarixin dərinliklərindən süzülüb gəlmiş ümidi bir anın içində alov dilimləri, qara tüstü ilə birgə səmaya qalxaraq yox oldu.

Ancaq Notr-Dam kilsəsindəki yanğını işıqlandıran həmin media nədənsə Fələstindəki müqəddəs məkanların İsrailin təcavüzkar siyasəti nəticəsində hər ötən gün necə vəhşicəsinə məhv edilməsini, bombalanmasını, buldozerlərlə yerləbir edilməsini işıqlandırmır.

Elə bil ki, bizim dinlərimizin heç bir dəyəri yoxdur, halbuki xristianlığın özü də Fələstində zühur edib. İsa Məsih məhz bizim qədim yurdumuzun dərələrində, təpələrində dolaşaraq insanlara sülh, sevgi və ədalət öyrətmişdi. Fələstin İslam üçün də mərkəzi rola malikdir. Belə ki, daxilində Əqsa məscidi və Qübbətüs-Səhra yerləşən Hərəmi-Şərif dünyadakı bütün müsəlmanlar üçün üçüncü müqəddəs məkan hesab olunur.

Xristian və müsəlmanlara məxsus məbədlər tez-tez mühasirəyə alınır, içəridə axtarışlar aparılır və hərbi məqsədlər üçün qapadılırlar. Üstəlik İsrail ordusunun mühafizə etdiyi ekstremist yəhudilər Əqsa məscidini sökmək istəyirlər, işğalçı rejim isə uzun illərdir ki, məscidin bünövrəsində qazıntı işləri aparır.

Bütün bu təxribatlar artıq aşkarda törədilsə də, beynəlxalq ictimaiyyət sükutunu qorumaqdadır. Hətta bir çoxu İsrailin əməllərinə haqq qazandırır. Bəziləri isə İsrailin hiyləgər izahatlarına asanlıqla inanır. Guya məscidlərin bombardman edilməsi təhlükəsizliyin qorunması üçün zəruri imiş. Bir qism isə özlərinin qaranlıq dini dünyagörüşlərində batıblar.

Fələstin bütöv bir regionun kiçik modelidir. Esktremist silahlı qrupların Suriyada, İraqda və Əfqanıstanda tarixi-mədəni abidələri necə dəhşətli dağıntılara məruz qoyduqlarını bir çoxumuz bilirik. Bu dağıntıların ən yaddaqalanı Suriyadakı Palmira, Əfqanıstanın Bəmyan bölgəsindəki Buddalar məbədində və Mosuldakı Böyük Nuri məscidində törədilənlərdir.

Ancaq heç nə işğalçı ABŞ ordusunun İraqda törətdikləri ilə müqayisə oluna bilməz. İşğalçılar nəinki suveren bir ölkəni və onun xalqını təcavüzə məruz qoydular, üstəlik qədimliyi ilk insan sivilizasiyanadək gedib çıxan bütöv bir mədəni irsi darmadağın etdilər. İşğaldan dərhal sonra törədilmiş ən böyük cinayət İraq tarixinə aid 15 min antik əşyanın oğurlanması oldu. Bunların ən mühümü Mesopotamiyanın Mona Lizası kimi tanınan Varka qadını adlı mərmər qadın maskası idi. Şumer dövrünə aid eksponatın tarixi eramızdan əvvəl 3100-cü ilə gedib çıxır.

Mənim bəxtim onda gətirmişdi ki, ABŞ əsgərləri İraq muzeyini soymamışdan bir neçə il əvvəl oraya gedib həmin eksponatları görə bilmişdim. Həmin vaxt iraqlı muzey təmsilçiləri mümkün ABŞ bombardmanlarından qorunması üçün bütün dəyərli eksponatları yaxşı qorunan sığınacaqda gizlətmişdilər. Lakin quru işğalı zamanı bu dəyərli muzeyin soyulmasının qarşısını heç nə ala bilmədi. O vaxtdan bəri İraq mədəniyyətinin sübutu olan maddi-mədəni eksponatlar ölkəni parçalamış qərb işğalçılarının qara bazarlarında səpələnmiş oldu. İraqın mədəniyyət sektorunun cəsur mütəxəssisləri bütün dünyada axtarış apararaq oğurlanmış abidələrin bir qismini qaytarmağa nail oldular. İraqın oğurlanmış tarixi şərəfinin bir qismi bərpa edilsə də, bəşəriyyətin kirlənmiş şərəfinin bərpası üçün hələ çox illər lazım gələcək.

Hər bir məscid, hər bir kilsə, hər bir məbəd həyəti, hər bir incəsənət nümunəsi və hər bir eksponat dəyərlidir. Çünki o, xüsusi bir məna daşıyır, o mənanı ona onu inşa edənlər yükləyiblər, yaxud onun altında sığınacaq tapanlar, onda çıxış yolu axtaranlar, ümid, iman və sülh axtaranlar yükləyiblər.

2014-cü ilin 2 avqustunda İsrail ordusu Qəzzanın şimalında yerləşən tarixi əl-Öməri məscidini bombaladı. Bu qədim məscidin tarixi 7-ci əsrə gedib çıxır. Məscid Qəzza xalqı üçün iradə və iman simvolu idi.

Notr-Dam yananda mən Öməri məscidini də xatırladım. Ancaq Fransadakı kilsənin yanması qəza üzündən olsa da, Fələstindəki ibadətgahların dağıdılması məqsədli şəkildə törədilir. Buna baxmayaraq israilli canilər hələ də layiq olduqları cəzaya çatmayıblar.

Mən həm də qısa, ağ saqqallı, qayğıkeş məscid imamı olmuş babam Məhəmmədi xatırlayıram. Onun məscidi yaşamış olduğu arzuolunmaz həyatdan qaçaraq sığına bildiyi yeganə məkan idi. Lakin bu sürgün ömrünün axırına qədər davam etdi və o, evindən uzaqda canını tapşırdı.

Mənbə: Fələstin İnformasiya Mərkəzi

Müəllif: “Palestine Chronicle” nəşrinin baş redaktoru, ABŞ-ın Eqzeter Universitetinin alimi RƏMZİ BARUD

Tərcümə: FELESTIN.INFO

5 COMMENTS

  1. The increases in the CI, HR, and SVI produced by the baseline dobutamine infusion were almost completely inhibited after carvedilol administration buying generic cialis online safe Vascular surgery, in which the aorta is clamped proximally to the celiac artery, is one of the few surgical procedures producing ischemia of the liver, bowel, kidneys, spinal cord, and inferior limbs contemporarily

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir