Qabil Hüseynli: “Ərdoğanın optimizmini alqışlayıram”

“Mən Ərdoğanın optimizmini alqışlayıram. Ərdoğan həm Dağlıq Qarabağ problemi, həm də türkmən qazının TANAP layihəsinə qoşulması ilə bağlı Putini yola gətirməyə çalışacağını deyib”.

Bu fikirləri politoloq Qabil Hüseynli söylədi. Siyasi şərhçi Moskva görüşündə Qarabağa yer ayrılacağını istisna etmir: “Türkiyə prezidenti müəyyən faktorları Putinin qarşısına qoymaqla, Ermənistanın bölgədəki iqtisadi layihələrdən kənarda qalmasını xatırlatmaqla, bölgədə əmin-amanlığın yaranması, sabitliyin bərqərar olması, iqtisadi inkişafın təmin olunması üçün məhz münaqişənin həllinin zəruriliyini vurğulamaqla ola bilsin Putini yola gətirməyə çalışacaq.

Düzdür, Türkiyə prezidenti ilə Putinin münasibətləri normaldır. Amma mən Putinin xarakterini və Rusiya dövlətini indiki şəraitdə yeritdiyi xarici siyasət xəttini nəzərə alaraq bu məsələyə ehtiyatla yanaşıram. Putin Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlünə birmənalı münasibət bəsləmir. Həmçinin beynəlxalq aləmdə də Dağlıq Qarabağa postsovet məkanındakı bütün münaqişələrdən fərqli fikrin formalaşmasında Rusiyanın və onun milliyyətcə erməni olan XİN başçısı Lavrovun mövqeyi şəksizdir. Ona görə də bu gün Lavrovun başçılıq etdiyi erməni lobbisinin Rusiyanın xarici siyasətinə güclü təsir etdiyini vurğulamaq məcburiyyətindəyik. O səbəbdən də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərtinin Ərdoğan tərəfindən irəli sürüləcəyi təqdirdə, Rusiyanın də əks tələblər irəli sürüləcəyi şəksizdir. Özü də bu tələblər obyektiv xarakter daşımır, sadəcə olaraq Rusiyanın geostrateji maraqlarını ifadə edir. O səbəbdən də Ərdoğana proseslərə müəyyən bir stimullaşdırcı fon verə bilər. Amma bütövlükdə məsələnin beynəlxalq hüquq normalarına uyğun surətdə həllinə, özü də bir görüşlə nail ola biləcəyinə o qədər də böyük ümidlər bəsləmək olmaz”.

Bununla belə, Q.Hüseynli hesab edir ki, Ərdoğanın proseslərə daxil olması çox müsbət faktdır: “Türkiyə Rusiyanın ermənipərəst siyasətində tarazlayıcı rol oynamaq imkanına malikdir. Amma proseslərin tam həlli, yəni Ermənistanla Azərbaycan arasında hər iki tərəfi qane edə biləcək böyük sülh sazişin imzalanması məsələsi hələ ki, xeyli zaman, həm də enerji aparacaq. İstənilən halda, Ərdaoğanın işə girişməsi həm Ermənistanın belini qıran, həm də Rusiyanı xeyli dərəcədə yumşalda biləcək amildir”.

Musavat.com

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.