Qaçqınlara atəş açıldı: 37 ölən, 120 yaralı var

bizimsesimiz.info // Konqo Cümhuriyyətində Burundidən olan 4 qaçqının deportasiya edilməsinə görə digər qaçqınlar Kamanyola şəhərində etiraz aksiyası keçiriblər.

qafqazinfo.az xəbər verir ki, yerli qüvvələr aksiyaya sərt müdaxilə ediblər.
Qaçqınlara atəş açılması nəticəsində 37 nəfər ölüb, 120 nəfər isə yaralanıb.
Lakin yerli qurumlar fərqli açıqlama veriblər. Onlar öldürülənlərin Milli Kəşfiyyat İdarəsinə hücum edənlərin olduğunu bildiriblər.

BMT isə hadisə ilə bağlı araşdırma aparılmasını tələb edib.
Qeyd edək ki, Konqo Cümhuriyyəti burundili qaçqınların öz ölkələrinə geri qayıtmaları üçün onlara təzyiqlər göstərir. Hadisənin baş verdiyi Kamanyola şəhərində 2 mindən çox, ümumilikdə isə Konqoda 40 mindən çox burundili qaçqın yaşayır.

Burundidə 2 il öncə prezident Nkurunzizanın 3-cü dəfə rəhbər seçilmək istəməsindən sonra ölkədə çaxnaşmalar başlamışdı. Yerli əhaliyə işgəncələr edildiyi üçün 400 mindən çox insan qonşu ölkələrə sığınmışdı.
Paylaş

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.