QADINLAR HƏYAT YOLDAŞLARINA NECƏ HÖRMƏTSİZLİK GÖSTƏRİRLƏR?- RUS PSİXOLOQDAN 10 ƏLAMƏT

Ailə münasibətində kişi üçün ən vacib amillərdən biri həyat yoldaşının ona hörmət etməsini hiss etməsidir.

Kişi üçün qadın tərəfindən ona qarşı hörmət edilməsi onun üşün hətta məhəbbətdən də üstündür. Həyat yoldaşı tərəfindən hörmətsizlik görən kişi ona nə istilik , nə sevgi verir, nə ailə üçün çalışır,nə də qadını qorumağa  cəhd edir.

Qadınlar çox zaman öz düşüncələrinə,öz arşınlarına görə  öz həyat yoldaşına  hörmətlə yanaşır.

Amma bir çox hallarda qadınlar  bəzən kişi psixologiyasını bilmədən əslində kişiyə hörmətsizlik nümayiş etdirirlər ki, bu da ailədə konfliktlərin yaranmasına, münasibətlərin korlanmasına , kişinin soyuq münasibitənə, son nəticədə isə boşanmaya gətirirb çıxarır.

Psixoloq İrina Kassatenko ailədə məhz münasibətlərin korlanmasının qarşısını almaq üçün kişilərin nəyi onlara qarşı hörmətsizlik saydıqları hallarını qadınların nəzərinə çatdırır. Psixoloq  bildirir ki, bunları etməklə qadınlar öz hərəkətləri ilə xoşbəxt ailəsinə zərbə vuraraq dağıdır.

TİA.Az psixoloqun qadının kişiyə hörmətsizlik göstərdiyi 10 əlaməti təqdim edir :

1.Ərin qərarı sorğulandıqda, şübhə altına alınanda və ya tənqid edildikdə. Məsələn , kişinin işdən çıxması , işini dəyişməsi ,nəyisə əldə etmək istəməsi, satmaq istəməsi zamanı və s. 10 min illər boyu kişi qida əldə etmək üçün nəyi və necə ov etməyi özü qərar verib. Qadın buna müdaxilə etməyib.Zaman keçsə də kişi psixologiyası əvvəlkitək qalır və qadınlar bunu çox zaman unudurlar.

2.Əri ilə məsləhətləşmədən yaxşlıq etmək məqsədilə belə ona aid olanı qərar verdikdə. Məsələn, ona demədən həkimə qəbula yazdırmaq, guya onun xeyrinə, ona demədən onu fitneses kluba yazdırmaq , ona özbaşına dərman almaq ,onun əvəzindən kiməsə söz vermək, kiməsə imtina etmək və s.

3.Arvad hər şeyi özü edərək ərinin kömək etmək cəhdini hörmətsizcəsinə rədd edəndə. Kişi nəyisə ola bilər mükəmməl etməsin , amma o öz səhvləri üzərində öyrənir. Həm də köməyi dəyərləmdirmək lazımdır, bu hətta nəyinsə sınmasına gətirib çıxarsa belə. Kişi nədəsə kömək edirsə qadın ağzını bərk yummalıdır ki, əri gələn dəfə də ona kömək etmək həvəsində olsun..

4.Qadın ərini alçaldaraq onun haqqında kiməsə danışanda.

5. Qadın başqalarının gözü qarşısında həyat yoldaşı ilə mübahisə etdikdə. Qadın kişiyə nəsə məsləhət verə bilər, amma təklikdə olanda və əgər kişi bu barədə özü istəyərsə .Özü də bunu o iftitə kimi yox, müdrikcəsinə , sakit tərzdə deməlidir.

6. Qadın başqalarının , hətta uşaqlarının yanında ərini saymayaraq onu tənqid edəndə. Bu kişi üşün ən kobud hörmətsizklərdən biridir.

7. Qadın həyat yoldaşının şəxsi sahəsinə nəzarət etdikdə. Məsələn , sağlamlığına, yeməyinə, şəxsi qigiyenasına, bədəninə, (kök və ya arıq etmək üçün) dostları ilə ova, gəzməyə getməsinə və sairəyə  sərt kontrol etmək. Bunlara müdaxilə etmək  qadının işi deyil.Qadın kişini kökəlməməsi üçün onun ağzından çörəyi çıxartmaqla istədiyi nəticəyə onsuz da nail olmayacaq.Buna daha mülayim yollarla nail olmaq olar.

8. Qadın ərinə , sanki o tabeliyində olduğu tək , ona səsini qaldıranda. Bu hərəkət də ərə qarşı edilən ən pis hörmətsizklərdən biridir.

9.Qadın ərini təhqir edəndə. Qadın aşağılayıcı sözlərlə, heyvan adları ilə təhqir edirsə mübahisə qurtarsa belə mübahisə gedəcək ,amma o sancılı sözlər kişinin qəlbindən getməyəcək.

10 . Həyat yoldaşı ərinin şəxsi sərhədlərini pozduqda. Şəxsi sərhədlərə onu yatağı ,əşyaları, paltarı, onun telefonu, pulqabısı, cibi, noutbuku və sairə daxildir. Qadın pul istədikdə ,yalnız icazə verildikdən sonra kişinin cibindən pul götürə bilər və noutubukuna daxil ola bilər.

Kişini rulandırmaq ,ona özünəinam aşılamaq  əvəzinə sadalanan u hallara yol verən qadının kişidən diqqət və qayğı gözləməsi təəcüblü və mənasızdır.

İmran Kərimli

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir