İyulun 7-i, Şeyx Şamilin doğum günüdür.

Bizimsesimiz.info  islam.az saytına istinadən məlumat verir ki, uzun illər Qafqaz xalqlarının rus müstəmləkəçiliyinə qarşı mübarizəsinə başçılıq etmiş Şeyx Şamil 1797-ci ildə Dağıstanda dünyaya göz açıb.

XIX əsrin 40-cı illərində Şamil rus qoşunları üzərində ardıcıl olaraq möhtəşəm qələbələr qazanırdı. Amma ki əsrin 50-ci illərində onun hərəkatı zəiflədi. Kırım müharibəsi ərəfəsində – 1853—1856-cı illərdə, Şamil Böyük Britaniya və Türkiyənin köməyi hesabına öz fəaliyyətini aktivləşdirə bilsə də, uğur qazana bilmədi. 7 sentyabr 1859-cu ildə Şamil fəxri şərtlərinin qəbul edilməsi müqabilində rus ordusuna təslim oldu.

16 fevral 1869-cu il tarixdə II Aleksandr ona Məkkəyə ziyarətə getmək icazəsi verdi. 12 mayda Şamil ailəvi olaraq Kiyevdən çıxdı. 19 mayda İstanbula yetişdi. 16 noyabrda — Süveyş kanalında açıq səyahətdə iştirak etdi. 20 noyabrda Məkkəyə daxil oldu. 1870-ci il martın axırlarında — həcc ziyarətinin başa çatmasından sonra, Şamil Mədinədə yaşamağa başladı və 4 fevral 1871-ci il tarixdə elə orada vəfat etdi. Mədinədəki Bəqi qəbiristanlığında (indiki Səudiyyə Ərəbistanı) dəfn edildi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here