“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı – VİDEO

Bu gün Bakıda Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində cavab matçında Moldovanın “Şerif” komandası ilə qarşılaşıb.

Ağdam təmsilçisi inamlı qələbə qazanaraq UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Matçın 9-cu dəqiqəsində Maksim Medvedev hesabı açıb. 42-ci dəqiqədə Donald Qerye hesab arasındakı fərqi ikiyə çatdırıb.

55-ci dəqiqədə isə Filip Ozobiç komandasının üçüncü qolunu vurub.

“Qarabağ” – “Şerif”
Maksim Medvedev, 9. Donald Qerye, 42. Filip Ozobiç, 55
İlk oyun 0:1.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir