“Qarabağ” klubu “Səbail”i 1:0 hesabı ilə məğlub edib
Bizimsesimiz.info // Futbol üzrə Topaz Premyer Liqasında X tura start verilib.
SalamNews xəbər verir ki, ilk oyun günündə Ağdamın “Qarabağ” komandası doğma meydanda paytaxtın “Səbail” klubunu qəbul edib. “Azərsun Arena”da keçirilən matçda Ağdam komandası 1:0 hesabı ilə qalib gəlib. Rəvan Həmzəzadənin idarə etdiyi oyunda yeganə qolu 90-cı dəqiqədə Əfran İsmayılov paytaxt təmsilçisinin qapısından keçirib.
Bu qələbədən sonra aktivindəki xallarının sayını 22-ə çatdıran “Qarabağ” turnir cədvəlində liderliyini möhkəmlədib. “Səbail” klubu isə doqquz xalla altıncı pillədədir.