“Qarabağ” Cənubi Afrika Respublikasının “Mamelodi Sandaunz” klubunda oynayan Xama Billiatın transferindən vaz keçməyib.
Qaynarinfo Fanat.az-a istinadən xəbər verir ki, bu barədə futbolçunun meneceri məlumat verib.
Menecer bildirib ki, “Qarabağ” Zimbabve millisinin üzvü ilə danışıqları davam etdirir: “Onunla bir neçə klub maraqlanır. Bunlardan biri “Los Anceles Qalaksi”di. Billiat “Qarabağ”ın da gündəmindədi və danışıqlar davam edir. O, gələn mövsüm CAR-da qalmayacaq. Çox güman ki, “Qarabağ”da oynayacaq”.
“Los Anceles Qalaksi” ABŞ-ın ən güclü klublarından biridi. Komandanın heyətində Eşli KoulConatan Dos SantosCovanni Dos SantosEmmanuel Boatenq kimi ulduzlar çıxış edir. Los Anceles klubunun bu həftə Zlatan İbrahimoviçlə də müqavilə bağlayacağı deyilir.
“Qarabağ” Billiatı uzun müddətdi transfer etmək istəyir. Qışda “Mamelodi Sandaunz” 2,5 milyon avro tələb etdiyi üçün keçid baş tutmamışdı.
Qeyd edək ki, Billiat karyerasına Zimbabvenin “CAPS Yunayted” klubunda başlayıb. 2010-cu ildə CAR-ın “Ayaks Cape Tovn” klubuna transfer olunub. “Mamelodi Sandauns” onu 2013-cü ildə 690 min avroya transfer edib. Hazırda “Transfermarkt” 27 yaşlı hücumçuya 1,85 milyon avro qiymət qoyub. Billiat “Mamelodi Sandauns”la 2 dəfə CAR çempionluğunu, 1 dəfə ölkə kubokunu, 1 dəfə Afrika Çempionlar Liqasını və 1 dəfə Super Kubokunu qazanıb.
O, 2011-ci ildən Zimbabve yığmasına çağırılır. Bu müddətdə 26 oyun keçirərək 7 qol vurub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here