“Qarabağ” komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununa çıxıb.
Kiprin Larnaka şəhərindəki “AEK Arena”da keçirilmiş görüşdə rəqib Norveç “Molde”si olub. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Qol epizodları sarıdan kasad olan 90 dəqiqə ərzində qapılar qarşısında elə də təhlükəli vəziyyət yaranmayıb. Bununla belə, görüş “Qarabağ”ın üstünlüyü şəraitində keçib. Xüsusən, meydana çıxacağı son anda dəqiqləşən Mahir Emreli əlverişli imkandan yararlana bilməyib.
Emreli əlavə vaxtda da real imkanı qola çevirə bilməyib. Əvəzində “Molde” Donald Geryenin kobud oyunu nəticəsində 101-ci dəqiqədə penalti qazanıb. Lakin qapıçı Şahruddin Məhəmmədəliyev Etzaz Hüseynin zərbəsini dəf etməyi bacarıb.
Əlavə vaxtın ikinci bölümü də qolsuz tamamlanıb. 120-ci dəqiqədə “Qarabağ”ın kapitanı Maksim Medvedev xəsarət alsa da, oyuna davam edə bilib. Nəticədə penalti seriyasına müraciət olunub.
Bu bölümdə isə “Molde” daha dəqiq olub – 6:5.
Beləliklə, “Qarabağ” 3 ildən sonra Çempionlar Liqasında pley-offa yüksəlib. Bu isə o deməkdir ki, Bakıda Avropanın ən nüfuzlu klub turnirinin himni yenidən səslənəcək.
Rəqib isə Macarıstan “Ferentsvaroş”u olacaq. İlk oyun 22-23 sentyabrda Bakıda, cavab görüşü isə 29-30 sentyabrda Budapeştdə olacaq.
23:48″Qarabağ”  və Norveç “Molde”si arasındakı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununda əlavə vaxt da başa çatıb.
“Report”un məlumatına görə, hər biri 15 dəqiqədən ibarət iki hissəlik bölümdə də qapılara qol vurulmayıb. 102-ci dəqiqədə “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev komanda yoldaşı Donald Geryenin kobud oyunundan sonra təyin olunmuş penaltidən sonra Etzaz Hüseynin zərbəsini dəf etməyi bacarıb.
23:35
“Qarabağ”  və Norveç “Molde”si arasındakı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununda əsas vaxt başa çatıb. “Report”un məlumatına görə, 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.
Bu səbəbdən, hər biri 15 dəqiqədən ibarət iki hissəlik əlavə vaxt təyin olunub.
Qeyd edək ki, görüş Kiprin Larnaka şəhərindəki “AEK Arena”da keçirilir. Bu cütün qalibi Çempionlar Liqasının pley-off mərhələsində Macarıstan “Ferentsvaroş”u ilə qarşılaşacaq.
22:53
UEFA Çempionlar Liqasının III turunun “Qarabağ” – “Molde” (Norveç) oyunu start götürüb.
“Report”un məlumatına görə, Kiprin Larnaka şəhərindəki “AEK Arena”da keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Qeyd edək ki, bu cütün qalibi pley-offda “Ferentsvaroş” (Macarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) duelinin güclüsü ilə qarşılaşacaq.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here