Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin mətbuat xidmətindən bizimsesimiz.info – ya verilən məlumata görə birinci Qarabağ savaşının iştirakçısı olmuş Qazi Doğru Yol Partiyasına şeir yazıb.

1988-ci ildən Milli Azadlıq hərəkatının iştirakçısı olan Qazi İmadəddin Səlim siyasi fəaliyyəti və könüllü olaraq torpaqlarımızın müdafiəsi zamanı döyüşlərdə iştirak edəndə də daim məmləkətini rifah içində və beynəlxalq imperializmin təsirlərindən azad görmək istəyib.

Doğru Yol Partiyasının fəaliyyətinə olan münasibətindən ərsəyə gələn şeirə görə partiyanın rəhbərliyi Qazi İmadəddin Səlimə təşəkkürünü bildirir.

Qazimizin şeirini təqdim edirik:

Milli Görüş- Azərbaycan

Sıxlaşdırıb sıramızı,
Sağaldarıq yaramzı.
Ucaldıb al bayrağmızı
Doğru yolda olaq bir can,
Milli Görüş,Azərbaycan

Gələcəyə birgə qoşaq,
Bütövləşib,sədlər aşaq.
Adil düzənə qovuşaq,
Doğru yolda olaq bir can,
Milli Görüş Azərbaycan.

Nəsil-nəsil,gənclər gəlsin,
Haqqı doğru yolda bilsin.
Kədərlənsin,bir sevinsin
Doğru yolda olaq bir can,
Milli Görüş Azərbaycan.

Amalımız bütöv Vətən,
Vətən üçün keydik kəfən.
Doğru yolçu,sənə əhsən,
Doğru yolda olaq bir can,
Milli Görüş Azərbaycan.

Milli Görüşçünün şanı,
Amalıdır son ünvanı.
Fəth eləyib tüm cahanı,
Doğru yolda olaq bir can,
Milli Görüş,Azərbaycan

Bütün dünya bilsin bizi,
Sevdamızı,sevgimizi.
Yaradanı,dinimizi,
Sevek birgə,olaq bir can,
Milli Görüş Azərbaycan.

Qazi imadəddin Səlim

16.04.2021 ci il
Sumqayit.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here