“Qarabağ” üçün 2 yol: Avroliqa, yoxsa Konfrans Liqası?

Avropa Liqasının 5-ci turunda alınan məğlubiyyətdən sonra Azərbaycan çempionunun 2-ci yeri təmin etmək məsələsi son tura qaldı. Belə ki, “Nant” Fransada “Qarabağ”a qalib gəlməklə xallarının sayını 6-ya çatdırdı və Avroliqanın pley-offuna vəsiqə qazanmaq şanslarını hələ də saxladı.

Bu nəticələrdən sonra azarkeşlər və futbol ictimaiyyəti arasında “Qarabağ” üçün  hansı yolun uğurlu olacağı barədə fikir ayrılığı yarandı. Bəzilərinə görə “Qarabağ”ın yoluna Avropa liqasında davam etməsi daha məqsədəuyğun görünsə də, bəzilərinə görə “Köhlən atların” Konfrans Liqasında davam etməsi daha məqsədəuyğun sayılır.

Qurban Qurbanovun yetirmələri Avroliqada yoluna davam edəcəyi təqdirdə “Barselona”, “Sevilya”, “Atletiko”, “Ayaks”, “Yuventus” kimi dünya nəhəngləri ilə də qarşılaşa bilər. Necə deyərlər, özü Çempionlar Liqasına düşə bilməsə də, Çempionlar Liqasını Avroliqaya gətirə bilər. Elə buna görə də bir çoxları düşünür ki, “Qarabağ”ın yoluna Konfrans Liqasında davam etməsi klub üçün daha uğurlu ola bilər.

Düşünürəm ki, “Qarabağ”ın rəqiblərindən asılı olmayaraq Avropa Liqasında yoluna davam etməsi kluba həm ad-san baxımından, həm də maliyə baxımından daha faydalı sayıla bilər. Konfrans Liqasında “pişik”lərlə qarşılaşmadan qalib ayrılmaqdansa, Avroliqada “aslan”lanlarla vuruşmaq daha yaxşı olar. Məsələnin bu tərəfi də var ki, Azərbaycan çempionu Avroliqanın 1/16 mərhələsinə çıxarsa dünya nəhəngləri ilə deyil, dişinə görə rəqiblərlə düşmə şansı da var. Belə olcağı təqdirdə Qurbanovun yetirmələri Avroliqada növbəti mərhələlərə çıxa bilər. Buna görə də, “Köhlən atlar” Yunanıstanda oyanayacaq fransızlara pley-off şansı saxlamayaraq evdə “Frayburq”u məğlubiyyətə uğratmalıdır.

Bütün bu məsələlərə isə noyabrın 3-ü Bakı vaxtı ilə 21:45-də başlayacaq “G” qrupunun matçlarından sonra aydınlıq gələcək. Odur ki, lider komandamıza qarşıdakı ağır “Frayburq” matçında uğurlar diləyirəm.

Nihat Kərimli

TİA.Az 

3 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir