Söhbət açacağım əhvalatın maraqlı tarixçəsi var. Demək, 1999-cu ilin iyul ayında Rusiyanın Kareliya Respublikasının Kostomukşa şəhərinə Bakıdan “podşipnik”lə dolu ZİL-133 avtomobili ilə iki azərbaycanlı gəlir. Onlardan biri, İmam adlı azərbaycanlı iş adamı gətirdiyi “podşipnikləri” müqavilə əsasında bu şəhərdə fəaliyyət göstərən AKATIŞ zavoduna təhvil verir. Lakin iş adamı işini görüb artıq avtomobillə geri qayıtmağa hazırlaşanda qəflətən avtomobili sürən azərbaycanlı sürücü ölür və İmam maşını elə oradaca qoyub mərhumun cənazəsini təyyarə ilə Bakıya aparır. Lakin 1 aydan sonra o avtomobilin dalınca qayıdanda onun parcalanıb,yararsız vəziyyətə düşməsinin şahidi olur. ZİL-133-ün bütün pula gedən hissəsləri çıxarılıb oğurlanmışdır. Avtomobili bu vəziyyətdə aparmağın heç bir mənası yox idi.

Onun çatışmayan hissələrini almaqdan isə ,yenisini almaq daha sərf edərdi. Ancaq İmam avtomobili vətənə aparmaqda israrlı olur.Çünki o yük maşını ilə Qarabağda mərmilər daşındığından avtomobil İmam üçün əziz olur və bu səbəbdən o qərara gəlir ki, onun üçün dəyərli olan ZİL-133-ü qürbətdə qoymasın.

 

İmam vətənpərvərlik göstərərək maşına xeyli xərc çəkib onu normal vəziyyətə gətirir. Lakin avtomobili özü sürə bilmədiyindən onu Bakıya sürüb gətirə bilən sürücü lazım olur və çox keçmir ki, belə adam tapılır. Bu ,elə həmin şəhər sakini,həmin zavodda işləyən Yaroslav Semyonov olur.

Öz yerlisinin düşüdüyü vəziyyəti başa düşən və onun vətənpərvərliyini qiymətləndirən yarıazərbaycanlı Yaroslavın anası Sumqayıtda yaşadığından o fikirləşir ki, elə anasına da dəyər və maşını 4000 km sürməyə  təmənnasız razılıq verir. Bu məqsədlə o düşünmədən işdən 1 aylıq məzuniyyət götürür. Yaraslav İmam ilə birlikdə uzaq Kareliyadan Bakıya qədər uzanan yolu bir həftəyə qət edir və sağ-salamat maşını bazaya çatdırır. Anasının yanında 1 gün qalan Yaraslav səhəri təyyarə ilə geri Rusiyaya qayıdır. Maraqlıdır ki,o yol boyu özü ilə apardığı videokamera ilə çəkilişlər də edir.

Ola bilsin ki, Yaraslav oxuculara bizim mətbuatda onun haqqında gedən yazılardan tanışdır. Xatırladaq ki,həmin ildən Azərbaycanda olmayan Yaraslav bu ilin iyul ayında vaxtı ilə yaşadığı Sumqayıta qonaq gəlmişdir.
Rusiyanın Kareliya Respublikasının Kostomukşa şəhərinin 58 yaşlı sakini Yaroslav Semyonov Azərbaycanda doğulub, gənclik illərini Sumqayıtda şəhərində keçirib. Azərbaycanı, adət-ənənələrimizi və musiqimizi çox sevən, Rusiyada yaşasa da özünü “34-cü kvartal uşağı” sayan Yaroslav Semyonov doğulduğu Sumqayıta, çoxsaylı mahnı da bəstələyib.

Kareliyada yaxşı tanınan,orada və həmçinin, cəmi 30 min əhalisi olsa da çox müasir şəhər olan(qeyd edək ki,bu şəhərin sakinləri çox yaxın olduğundan hər gün maneəsiz olaraq Finlandiyaya gedib bazarlıq edib qayıtmaq imkanına malikdir) yaşadığı Kostomukşa şəhərində müxtəlif növ tədbirlərdə,festivallarda, konsertlərdə çıxış edən həvəskar müğənni Yaroslav Semyonovun repertuarında həmçinin Bakı haqqında, Azərbaycan bəstəkarlarının mahnıları da var.

Vətənpərvər müğənni, həmçinin vaxtı ilə yaşadığı Sumqayıtda xeyli müsbət dəyişiklilərin olmasını qeyd etsə də, Azərbaycana qayıdıb yaşamasını , artıq Rusiyaya öyrəşdiyindən istəmədiyini də bildirmişdi.

O, Polad Bülbüloğlunun sənətinin və ifasının vurğunu olduğunu da bildirib. “Xüsusilə də “Gəl, ey səhər” mahnısını çox sevirəm. Azərbaycanı, vətənimi çox sevirəm. Soruşan olanda deyirəm ki, milliyyətcə azərbaycanlıyam”, – Yaroslav deyib.Vaxtı ilə yaşadığı , ürəyində əziz xatirələr kimi saxladığı Sumqayıtı qarış-qarış gəzib onu videolentə alan, hal-hazırda təqaüddə olan , yarıazərbaycanlı qonaq əməkdaşımıza bildirmişdi ki, axırıncı səfərində Azərbaycanda gördüyü , keçirdiyi xoş hisslər onu yeni mahnlar yazmağa sövq edir və artıq o, bu mahnıların cizgilərini buradaca çızmağa macal tapıb.

Kareliya bölgəsində, Finlandiya ilə sərhəddəki məkanda vətənimizi,onun müsiqisini mətbəxini ,adət-ənənlərini təbliğ edən Yaroslav Semyonovun dediyinə görə, Azərbaycanı özünə ana vətən sayır. Lakin Yaroslav onu da bildirməyi unutmadı ki, indiki Sumqayıt ona nə qədər əziz olsa da, əvvəlki Sumqayıtın yerini verməz.

Onu da qeyd edək ki,o əvvəllər Sumqayıtda SK(indiki Sumqayıt Dövlət Musiqili Dram teatrı)klubunda musiqi kollektivində çıxış edib. Məhz Sumqayıta olan sevgisindəndir ki,onun “Odnoklassnik” dəki səhifəsi köhnə və təzə Sumqayıtın əks olunduğu fotolarla doludur.

Mənimlə söhbətdə o həmçinin, zaman keçsə də, insanların burada əvvəlkitək qonaqpərvər ,xoş təbiətli olmasını, nəqliyyat vasitələrində yenə də əvvəlki kimi cavanların, Rusiyadan fəqli olaraq yaşlılara yer verməsini xüsusi qeyd etdi.

Maraqlıdır ki, 14 ildir vətənində olmayan ,Sumqayıtda olmayan,oxuduğunun qarşılığında heç bir maddi maraq güdməyən, müğənniliyi daha çox hobbisi sayan Yaroslav Semyonov Azərbaycana “Odnoklassnik” sosial şəbəkəsində dostluğunda olan Sumqayıt sakini Ələkbər Zeynalovun dəvəti ilə gəlmişdir…
İmran Kərimli

17.10.2013

https://youtu.be/giHNZTt_n88












BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here