Azərbacanda vəzifə öhdəliklərini yetirərkən bu günə qədər bir neçə jurnalist həlak olub. Onların bəziləri birinci Qarabağ müharibəsi, bəziləri isə ikinci Qarabağ müharibəsi zamanı şəhid olublar.
Həmin jurnalistləri təqdim edirik:
Telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev – 15 iyun 1992-ci ildə Naxçıvanik kəndində Ermənistan ordusunun hücumunu lentə alarkən mina qəlpələrindən ölümcül yaralanıb və həlak olub.
Jurnalist, müxbir, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərova – 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən erməni silahlılarının mühasirəsinə düşüb. Maşının atəşə tutulması nəticəsində o, həlak olub.
Telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Ali Mustafayev – 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında sülhməramlıları aparan vertalyotun düşmən mərmisi ilə vurulması nəticəsində şəhid olub.
AzTV-nin operatoru, Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Şahbazov – 1991-ci il 20 noyabrda ermənilərin vertalyotu vurması nəticəsində həlak olub.
AzTV-nin operatoru, şəhid Sırac Abışov – 2021-ci il 4 iyunda Kəlbəcər rayonunda minaya düşərək həlak olub.
“Azərtac”ın jurnalisti, şəhid Məhərrəm İbrahimov – 2021-ci il 4 iyunda Kəlbəcər rayonunda minaya düşərək şəhid olub.
 Axar.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here