Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yeni rəhbər təyin olunub.

Ermənistan mətbuatı xəbər verir ki, bu posta Mixail Kosobkov təyinat alıb.

General-mayor Mixail Kosobkov artıq Yerevandadır. O, Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.

Qeyd edək ki, Kosobkov Rusiyanın Cənub Hərbi Dairəsinin keçmiş komandir müavini olub, həmçinin Abxaziyadakı Rusiya hərbi bazasına rəhbərlik edib.

Mixail Kosobkov Qarabağdakı sülhməramlı kontingentinin rəhbəri postunda general-leytenant Rüstəm Muradovu əvəzləyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here