“Qarabağ”ın qələbəsi erməniləri qəzəbləndirdi – FOTOLAR

Bizimsesimiz.info // “Qarabağ” klubunun Azərbaycan futbolu tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması erməniləri qəzəbləndirib.

Oxu.Az xəbər verir ki, UEFA, Çempionlar Liqası oyunundan sonra rəsmi “Facebook” səhifəsində “Qarabağ”ın oyundan sonra çəkilən fotosunu paylaşaraq təbrik edib.

Erməni izləyicilər komandamızın qələbəsini əks etdirən fotoya “Qəzəb ifadələri” qoyublar.

Qeyd edək ki, tarixdə ilk dəfə Azərbaycan komandası Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.


LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.