Qardaş ölkəyə ağır itki: 7 əsgər şəhid oldu, 5-i yaralandı
Türkiyənin Batman bölgəsində PKK terrorçularının yol kənarına yerləşdirdiyi bombanın partlaması nəticəsində 7 hərbçi şəhid olub, 5-i yaralanıb.
Hürriyet xəbər verir ki, ərazidə yol təmiri zamanı təhlükəsizliyi təmin edən hərbçilər Gercüş ərazisindən keçən zaman bomba işə salınıb.
Partlayışdan sonra hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım qrupu cəlb olunub.