QAT sədri Malaziya səfiri ilə İslam həmrəyliyi və Qarabağdan danışdı
Bizimsesimiz.info // Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Malaziyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Roslan Abdul Rahmanla görüşüb.
Görüşdə QAT sədrinin müavinləri İlqar Əli, Fəridə Əsgərova, Ali Məclisin üzvləri Rəsmiyyə Qarayeva, Ceyhun Tağıyev də iştirak ediblər.
A.Nağı səfirə Dağlıq Qarabağ münaqişəsi, İslam həmrəyliyinin əhəmiyyəti ilə bağlı məlumat verib, Malaziyanın Dağlıq Qarabağ məsələsində, digər istiqamətlərdə Azərbaycana dəstəyini xüsusi məmnunluqla vurğulayıb.
Səfir A.R.Roslan Azərbaycanla bütün istiqamətlərdə xoş münasibətlərdən danışıb, Dağlıq Qarabağ məsələsində ölkəsinin hərtərəfli dəstəyini qeyd edib. Görüş xoş və mehriban şəraitdə keçib. Sonda qonaqlar xatirə kitabına qeydlərini yazıblar, cənab səfir qonaqları Malaziya-Azərbaycan münasibətlərinə dair foto stendlərlə tanış edib, birgə xatirə şəkli çəkilib. (moderator.az)