Bizimsesimiz.info // Qatarın xarici işlər naziri Şeyx Muhamməd bin Abdulrahman Al-Sani tələblərin həqiqəti əks etdirmədiyini və məntiqli olmadığını söyləyib.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, ABŞ və İngiltərənin təqdim tələb etdiyi 13 tələblərin məntiqli olmadığını xatırladan Al-Sani 4 ərəb ölkəsinin bu tələbləri yerinə yetirmədiklərini söyləyib.

İrəli sürülən tələblərin Qatarla bağlı məsələnin terrorla mübarizə olmadığını ifadə edən Əl-Sani Qatarın suverenliyini məhdudlaşdırmağa və xarici siyasətdə asılı hala gətirilməsi üçün çalışdıqlarını dilə gətirib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreynin Qatar təqdim etdiyi 13 maddəlik siyahıda Türkiyənin Qatardakı əsgərlərini geri çəkməsi də yer alırdı. İranla münasibətlərin kəsilməsi və Əl-Cəzirə televiziya kanallarının bağladılması da tələblər arasında yer alıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here