“Qazaxıstan olayları postsovet ölkələrində mövcud idarəetmənin çürüdüyünü göstərir. Ona görə də sözügedən məkanda bu idarəetmə sistemi dəyişməlidir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Qazaxıstanda baş verən hadisələrdən postsovet məkanı ölkələrində nələrin dəyişməsinin vacib və nə kimi dərs götürməli olduğuna aydınlıq gətirərkən deyib:
“Hökumətlər bu formada fəaliyyət göstərə bilmir. Nazirlər Kabinetləri nə zamanın tələbinə uyğun hərəkət edir, nə də ki, islahatlar apara bilir”.
Həmsöhbətimizin fikrincə, Qazaxıstan olayları göstərdi ki, düşüncəsiz atılan addımlar siyasiləşməyə gətirib çıxarır:
“Tələb tələbata çevrilir, insanlar siyasiləşir. Ona görə də dövlət çalışmalıdır ki, insanlar siyasiləşməsin”.
C. Nuriyev düşünür ki, köhnə sistemdən birdəfəlik əl çəkilməlidir:
“Sovet sistemində kraybolizm, yerliçilik və dövlət məmurlarının oliqarxlaşma səviyyəsi çox güclüdür. Bunlar isə qorxulu tendensiyalardır. Postsovet ölkələri bundan qurtulmağa çalışsa da, təəssüf ki, kommunist ideologiyası hələ də öz təsirini göstərməkdədir. Postsovet ölkələrində təbəqələşmə də təhlükəli hal olaraq çox yüksəkdir. Orta təbəqə demək olar ki, yoxdur. Belarus, Qırğızıstan və Qazaxıstan hadisələri göstərdi ki, postsovet məkanında sosial gərginlik həddən artıq kəskinləşib. Bu ölkələr özlərinə çəki-düzən versə yaxşı olar”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here