Sosial şəbəkədə yazdığım statuslara görə bir çox insanlar narahat olur. Bəzi telekanallar statuslarıma görə məni “qara siyahı”ya salır. Amma heç kim başa düşmür ki, mən ümumiyyətlə, hakimiyyətə qarşı danışan insan deyiləm. İllərdir ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Nə qohumlarımın, nə də özümün siyasi marağım var. Sadəcə, yaxşı və ya pis nəsə baş verirsə, ortaya vətəndaş mövqeyi qoyuram, öz fikrimi bildirirəm”.

Müğənni Nura Suri Meydan TV-yə Tarif Şurasının qaz və işığın qiymətləri ilə bağlı yeni qərarını şərh edərkən belə deyib.

“Qazın qiymətinin qalxdığını oxuyanda şoka girdim. İndi yaydır, insanlar qazdan az istifadə edir. Amma bunun qarşıdan gələn qışı var. İl yarımdır ki, insanlar işsizdir. Ancaq market və apteklər işləyirdi. Kiçik biznes sahiblərinin, musiqiçilərin, restoranlar və digərlərinin vəziyyəti göz qabağındadır. Bəllidir ki, insanlar əziyyət çəkir. Bu dəqiqə qiyməti qaldırmağın mənası yox idi. Tarif Şurasının qərarı ilə razı deyiləm. Mən hamının adından danışıram. Tədbirlərə, konsertlərə, el şənliklərinə qiyməti endirirəm. Şadlıq sarayları, restoranlar, benzin, qaz, yemək onsuz da hamısının qiyməti qalxıb. Camaat da pandemiyaya görə pul qazanmır. Hazırkı vəziyyətdə əlimdən başqa heç nə gəlmir”, – deyə o bildirib.

“Mənim kütləyə çıxışım daha rahatdır, jurnalistlərlə ünsiyyətim var. Yazdıqlarım daha tez ünvanına çatır”,- müğənni bildirir: “Bəzi problemlər sosial şəbəkələrdə paylaşdığım statuslarımdan sonra hətta həllini tapır. Mənim nə deputat olmaq, nə də siyasətçi olmaq fikrim yoxdur. Xarakterim budur, uşaqlıqdan belə olmuşam. Vətən uğrunda gedən döyüşlərdə iştirak edən insanların ailəsində böyümüşəm. Anam ikinci qrup əlildir, döyüşdə yaralanıb. İnsanların, ümumiyyətlə, problemlərinə biganə qala bilmirəm. Sənətçiliyi kənara qoyuram. Mən və ailəm bir insan olaraq, vətənimizi qoruyuruq, lazım olanda, imkan daxilində əl də tuturuq, xalqa xidmət edirik. Heç nəyə biganə qalmıram. Küçədə susuz it görürəm, su və qab alıb, onu içirirəm. Yəni hətta onun yanından da rahat keçə bilmirəm. Bu, mənim xarakterimdir və düşünürəm ki, insanlar belə olmalıdırlar. Heç bir problemə biganə qalmamalıdırlar”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here