Tarif Şurasının növbəti qərarı əsasında əhaliyə verilən təbii qazın qiymətinin qlxması barədə məlumat vermişdik.
Yeniavaz.com xəbər verir ki, xeyli sayda Azərbaycan vətəndaşı sosial şəbəkələr vasitəsilə Tarif Şurasının bu qərarına etiraz edir. İstifadəçilər sözügedən platformalarda “#EtirazEdirem” həştəqi ilə kütləvi postlar paylaşır və bu qərarı sərt tənqid edirlər.
Qeyd edək ki, yeni qərara əsasən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 – 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here