Qırğızıstanda prezident seçkiləri keçirilir

Bu gün Qırğızıstanda prezident seçkiləri keçirilir.

Qırğızıstan vaxtı ilə səhər saat səkkizdə ölkə ərazisində 2 375 seçki məntəqəsi açılıb. Seçicilərin ümumi sayı 3 025 768 nəfərdir. Bunların 2 908 455-i Qırğızıstanda, 18 580 seçici isə xarici ölkələrdə səs verəcək.

Seçkiləri 700-dən artıq beynəlxalq müşahidəçi izləyir.

Seçkilərdə 11 namizəd iştirak edir.

Azərbaycan Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev seçkiləri ATƏT-in seçki missiyasının xüsusi əlaqələndiricisi qismində müşahidə edir.

Milli Məclisin deputatları Nizami Cəfərov TürkPA xətti ilə, Rauf Əliyev isə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyası tərkibində seçkiləri izləyirlər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.