Qırğızıstanın yeni prezidenti ilk səfərini Rusiyaya edir

Bizimsesimiz.info  // Qırğızıstanın yeni prezidenti Sooronbay Ceenbekov  ölkə xaricinə ilk səfərini bugün Rusiyaya reallaşdıracaq.

Ceenbekov Moskvada Rusiya prezidenti Vladimir Putin ilə görüşəcək.

Görüşdə əməkdaşlıq imkanlarının müzakirə edilməsi və aktual mövzulara dair fikir mübadiləsi aparılması gözlənilir.

Ceenbekovun həmçinin Rusiyanın baş naziri Dmitriy Medvedev ilə bir araya gəlməsi və tərəflərin ticarət və iqtisadiyyat mövzularını müzakirə etmələri nəzərdə tutulur.

Qeyd edək ki, oktyabrın 15-də keçirilən seçkilərdə uğur qazanan Sooronbay Ceenbekov noyabrın 24-də and içərək vəzifəsinə başlamışdı.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir