Qızıl Meydanda mehtər marşının sədası göylərə yüksəldi
Bizimsesimiz.info // Moskvanın tarixi məkanı olan Qızıl Meydanda keçirilən “Spasskaya Qülləsi Hərbi Musiqi Festivalı”nda Türkiyə Silahlı Qüvvələrinin Mehtər Ansamblının nümayişi maraqlara səbəb oldu.
Mehtər Ansamblının səsləndirdiyi Rus xalq mahnısı “Katyuşa” uzun alqışlarla qarşılandı.
Ruslar mehtər geyimlərini və yürüşünü diqqətlə izlədilər.
40 ölkədən 140 orkestrinin iştirak etdiyi dünyanın ən böyük beynəlxalq hərbi musiqi festivallarından biri olan”Spasskaya Qülləsi Hərbi Musiqi Festivalı” sentyabrın 3-dək davam edəcək.