ABŞ Geoloji Tədqiqat Xidmətinin alimləri şimal qütbdə permafrost, yəni uzun müddət donmuş torpaq təbəqəsində 793 milyon kiloqram civənin yığıldığını ortaya çıxarıb.

Qlobal istiləşmə nəticəsində buzların əriməsi toksik metalın ətraf mühiti çirkləndirməsinə yol açacaq. Bu isə qlobal ekoloji faciəyə səbəb ola bilər.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, araşdırmanın nəticələri “Geophysical Research Letters”də dərc olunub.

Şimal qütbünün buzlaqlarında atmosferdən daxil olan və torpağın üzvi maddələri ilə qarşılıqlı əlaqəli olan təbii civə var.

Tədqiqatçılar Alyaskadan 2004-2012-ci illərdən gətirilmiş 13 buz nümunəsini analiz edib. Əldə olunmuş məlumatlar bütün dünya üzrə 11 min tundra torpaq nümunəsi ilə müqayisə edilib.

Məlum olub ki, donmuş torpaq təbəqəsində olan civənin miqdarı son 30 ilə antropogen fəaliyyətlə əlaqədar ətraf  mühitə atılan civənin miqdarından 10 dəfə çoxdur.

Permafrostun üst təbəqələrinin əriməsi nəticəsində külli miqdarda civənin metil-civəyə – canlıların orqanizminə yığılan və ciddi pozuntulara yol açan, o cümlədən mərkəzi sinir sistemini iflic edən toksik birləşməyə çevriləcəyi bildirilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here