Bizimsesimiz.info // Asiya qitəsindəki 4 milyard insan böyük fəlakətlərin eşiyindədir.

Asiya İnkişaf Bankının hesabatına görə, Sakit Okeandakı adalarda qlobal istiləşməyə məruz qalan canlı növləri yox olmağa başlayır.

Hesabata görə, Asiya qlobal istiləşmədən ən çox təsirlənən qitə olacaq. 2100-ci ilə qədər havanın istiliyi Çinin şimal qərbində, Tacikistan, Pakistan və Əfqanıstanda 8 dərəcə artacaq, quraqlıq orta Asiyanı qovuracaq. Qitənin bəzi yerlərində isə yağışlar yarıbayarı artacaq. Ərazidə düyü və taxıl istehsalı düşəcək.

Okeanların yüksəlməsilə su altında qalacaq şəhərlərin dörddə üçü Asiyanın payına düşür. İndoneziya və Banqladeş dənizin yüksəlməsindən ən çox zərər çəkən ölkələr olacaq. Hesabatda 2100-ci ilə qədər Banqladeşin 60 faizinin su altında, İndoneziyada isə hər il milyonlarla adamın evlərindən ayrılmaq məcburiyyətində qala biləcəyi yazılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here