Bizimsesimiz.info // Qlobal Mason Təşkilatının “Yeni Dünya Nizamı” olaraq adlandırdığı quruluş, əslində transmilli şirkətlərin çatmaq istədiyi dünya diktatorluğudur!
Türkiyəli tanınmış araşdırmaçı yazar, jurnalist Banu Avar Qlobal Mason Təşkilatının “Yeni Dünya Nizamı” adı ilə həyata keçirdiyi planla bağlı şok araşdırma yazı ilə çıxış edib. Həmin yazıda Qərb təşkilatları tərəfindən dünya ölkələrindəki cəmiyyətlərin, gənclərin necə ələ keçirildiyi və öz məqsədləri üçün necə istifadə edildiyi aydın şəkildə sezilir. Sözügedən araşdırmaya diqqət etdikdə düşmənlərin həmin planları Azərbaycanda da icra etdiyi açıq aşkar görünür. Məhz bu amili nəzərə alaraq İslaminsesi Banu Avar tərəfindən hazırlanan araşdırmanın tərcüməsini sizlərə təqdim edir.

“Qlobal Mason Təşkilatının “Yeni Dünya Nizamı” olaraq adlandırdığı quruluş, əslində transmilli şirkətlərin çatmaq istədiyi dünya diktatorluğudur!”
Bu təşkilat son 70 ildə istədikləri yolda mühüm addımlar atdı…
Əslində hamıya qarşı eyni metoddan istifadə etdilər və o metoda “demokratiya” adını verdilər..
Onlar öncə hədəf olan ölkələrin başına öz adamlarını gətirirlər, ya da başdakı adamları öz adamları edirlər. Zaman keçdikcə siyasətə və iqtisadiyyata hakim olurlar.
Ölkələrin bütün sənayesinə və təbii sərvətlərinə əl qoyurlar. Çalışan əhalini işsiz qoyur, lumpen (savadsız) bir əhali yaradırlar. Kənd təsərrüfatı və sənaye yox edilən müddətdə səsləri çıxmasın deyə həmkarlar ittifaqları təşkilatlanmasını yatırır, satın alır, zəiflədir və yerinə qeyri-hökumət təşkilatı deyilən qruplaşmaları gücləndirirlər.
Guya təşkilatlanmış, amma səsi çıxmayan fəhlə sinfi, getdikcə işsiz sinifə çevrilir, mülki şəbəkələr hörülür və cəmiyyətdə ianə/sədəqə mədəniyyəti yayılır. Gənclik, qadın, ətraf mühitin qorunması təşkilatları və sənət fəaliyyətləri həmin bu şəbəkənin yayılması üçün istifadə edilir.
Gənclik təşkilatları, transmilli şirkətlər üçün öz ölkələri ilə bağlı casusluq edir. Karyera, liderlik adı altında “Qərb” yönümlü cavanlar öz ölkələri əleyhinə işə götürülürlər.

Qadın təşkilatları “azad qadın” şüarı ilə həm ailələri pozur, həm də öz cəmiyyətində etnik-regional seperatizmin (ayrıseçkiliyin) rəhbəri olurlar..
Ətraf mühit təşkilatları, amerikalı liderlərin rəhbərlik etdiyi toplantılarda guya ətraf mühit hüquqlarını qoruyarkən, qlobal təşkilatlanmanın maraqlarına xidmət edirlər.

Yeni dünya nizamını istəyənlər, yəni imperialistlər hər bir ölkədə xüsusilə gəncləri və qadınları hədəfləyirlər.. Cəmiyyətin hər bir təbəqəsini yatırtmaq üçün mətbuatı, televiziyanı istifadə edirlər..
Gənclər xarici dildə təhsil verən kolleclərdə, sonra universitetdə aldanırlar. İşsizliyin olduğu ölkələrdə Avropa və Amerika royaları ilə doldurulmuş gənc beyinlər, Qərbli vəqf və institutlar tərəfindən maliyyələşdirilib içi boşaldılmış robotlara çevirilirlər.
Bundan sonra onlar artıq Qərb nəyi istəyirsə onu müdafiə etməyə hazırdırlar. Bütün “fikirlərə” baş üstə deyirlər.
Bu gənclər artıq xaricinin ölkə içərisindəki məmurlarıdırlar, bəzən isə xaricə bağlı olduqları ağalarından daha kralçıdırlar.
Təəssübkeşcəsinə ölkələrinin qarşısında, Qərbin yanında yer alır, öz millətlərinə söyərlər..

“Erməniləri qətlə yetirmişik. Üzr istəməliyik. Bu vicdan borcudur”, “Türklər Kürd çoxluğu əzdi, haqlarını oğurladı” deyərlər.
Qərbin maraqlarını xor kimi səsləndirərlər.
Belə şəxslər “Yeni Dünya Nizamı” məmurlarının əlaltılarıdırlar. Onlar hər ölkədə bir ovuc qədərdirlər, amma yüksək “pərdə”dən qışqırırlar.

ABŞ beyin mərkəzlərinin fikirlərini bu kimi ölkələrdə yaymaqda funksiyalı, Avropa İttifaqının şöbələridirlər.
Belə ölkələrə misal olaraq Türkiyəni misal göstərmək olar. Türkiyə sanki qolundan tutulub dartılan bir uşaq kimi, Sürix şəhərində Ermənistan ilə əməkdaşlıq “imza”sı atanda ən çox bunlar gülürlər. İmzaçıların arxasında imperial vəzifəlilər “nail olduq” deyə gülür,”işimizi yaxşı görməyimizdəndir!” deyə özlərini öyərlər.
Türkiyədəki “Kürd açılımında”, “Kipr açılımında” və Gömrük İttifaqı açılım da ekranlardan eyni simalar parlayır və həmin kiçik məmurlar sevinc qışqırıqları səsləndirər!

Bu satın alınmış fiqurlar bir çox ölkələrdə də bu alçaq oyunu göstərirlər.
Küçələrdə, hər gün terrorizmin təbliğatı tikilir. Küçəyə çıxıb nümayiş keçirmək bir yana, hətta çörək almağa pulu olmayan insanlar yuxarıdan gələn əmrlərlə terrorizmin təbliğatını aparır, Qərbin əlaltılarının verdiyi əmrlərlə meydanları yandırıb dağıdır, öz insanlarını aclığa yoxluğa ölümə məhkum edirlər.
Və kimlərsə buna “Demokratik açılım! deyir..
Məhz bütün bu şərtlər altında belə ölkələrin gəncliyi vəzifəsini bilməlidir. Gənclər qarşısına çıxanların hədəflərini aydın görə bilərək özlərini məlumatlandırmalıdırlar. Kimin nə olduğunu anlamaq üçün bir az da araşdırmalı, gözəl vədlərlə qarşılarına çıxanların transmilli şirkətlərlə əlaqəsinə baxmalıdırlar.

Əziz insanlar! Sizi tələyə düşürmələrinə icazə verməyin. Onların verəcəklərindən çox alacaqları vardır. Əvvəl ruhunuza sonra şəxsiyyətinizə, əməyinizə. Onların fikri belədir ki, nə qədər yaxşı qul olursan ol, fərq etməz – sən onların işlərinə yaradığın müddətdə varsan! İlk səhv işindən sonra atılacaq olan sənsən. Amma bu millət, bu bayraq, bu vətən sənindir.
Əgər tora düşməsən biliyin bərəkətlənəcək, əməyin uran, qızıl, neftlə geri qayıdacaq, zavodların saat kimi işləyəcək və millətin tox və xoşbəxt olacaqdır. Sən bu yolun yolçusu olsan zənginlik, xoşbəxtlik və bərəkət özü səni tapacaqdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here