“Yazırdıq inanmırdınız,  əhali qrupu üçün təbii qazın qiyməti qaldırıldı. Yaxın zamanlarda, elektrik enerjisi, ictimai nəqliyyatda gediş haqqları da artırılacaq”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı, ADR hərəkatının lideri Qubad İbadoğlu bu gün əhaliyə satılan təbii qazın qiymətinin bahalaşmasına münasibət bildirərkən deyib.

O bildirib ki, bu artım iqtisadi cəhətdən əsaslandırılmayıb. “Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri Mikayıl Cabbarovun imzası ilə  Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Şuraya müraciəti əsasında əhali qrupu üçün qazın qiyməti bahalaşdırılıb, hətta ən yüksək tarif sənaye və kənd təsərrüfatı müəssisələrindən də 5 qəpik baha təyin edilib”.

Hərəkat lideri deyib ki, bu artımdan ən çox təsirlənən əhali qrupu indiyə qədər 2200 kub metrə qədər qaz və 1200 kub metrdən çox qaz istehlakı olan əhali qrupu olacaq. “Onlar bundan 1200 kub metrdən 2200 kub metrə görə qazın hər kubuna əvvəlki kimi 10 qəpik deyil, 20 qəpik ödəyəcəklər. Qazın qiymət artımı elektrik enerjisinin də bahalaşmasına gətirib çıxaracaq. Çünki hazırda elektrik stansiyalarının 85 faizi qazla işləyir, onlar üçün əvvəlki qiymət 1 qəpik bahalaşıb”.Tanınmış iqtisadçı sonda bildirib ki, bu prosesdən sonra Rövnəq Abdullayev istefaya göndəriləcək. “Rövnəq Abdullayev Azərbaycan xalqına sonuncu “xidməti”ni də göstərdi, bundan sonra onu rahatlıqla istirahətə yola salacaqlar. Eyni ssenarini “Azərsu”da tətbiq etdilər”.

Xatırladaq ki, Tarif Şurasının qərarı ilə əhali qrup üzrə stehlakçılar üçün təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) tarif dəyişdirilməyib və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 – 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here