Qüds müftisi Məbəd dağı ətrafında yaranmış münaqişənin həll olunduğunu elan edib

Qüds müftisi Məhəmməd Hüseyn Məbəd dağı ətrafında yaranmış münaqişənin həll olunduğunu və islam dünyasının üçüncü müqəddəs yerində namaz qılmaq icazəsini bərpa etməyə hazır olduqlarını elan edib.

Bizimsesimiz.info SalamNews-a istinadla xəbər verir ki, bu barədə İsrailin “Kan” radiostansiyası məlumat verib. Bəyanat Məbəd dağına baş girişdən ziyarətçilərə nəzarət üçün istifadə edilməsi planlaşdırılan qurğuların qalan hissəsinin sökülməsini aparan “İsrail tərəfindən edilən güzəştlərin yerli ərəb-müsəlman icmasının liderləri tərəfindən kifayət hesab edilməsi” mənasını ifadə edə bilər.

“Vəziyyət normal halına qayıdıb. “Əl-Əqsa”da ibadət edəcəyik.”, – dövlət radiosu müftinin sözlərindən sitat gətirib.