Ramazan ayının başlandığı gündən Qüdsdə vəziyyəti gərginləşdirən İsrail son bir neçə gün ərzində müsəlmanların müqəddəs dəyərlərindən olan, ilk qibləmiz Məscidi Əqsada ibadət edən insanlara qarşı zorakılığı artırmışdır.

İsrail polisi Qüdsdən başqa şəhər və kəndlərdə yaşayan müsəlmanları basqı altında saxlamaqla yanaşı qeyri qanuni olaraq həbslər həyata keçirir. Artıq Şərqi Qüdsdə baş verən hadisələr zamanı indiyə qədər 305 fələstinli yaralanıb, onlardan 228 nəfəri xəstəxanaya aparılıb, 7 nəfərin vəziyyəti isə ağır olaraq qeydə alınıb. İşğal siyasəti aparan İsrailin fələstin xalqına yaşatdığı zülm təəsüf ki, dünya ictimaiyyətinin gözü önündə baş versədə demokratiya, insan haqlarından danışan mərkəzlər özlərini görməməzliyə qoyub susurlar.

Təəsüf ki, Avropanın, Amerikanın bəlli səbəblərdən Qüdsdə İsrail zülmünə göz yumduğu vaxtda dağınıq halda olan iki milyard İslam dünyası İsrailin zorakılığını dayandıra bilmir, bəzi müsəlman dövlətləri isə susmaqla zorakılığa ortaq olmuş olurlar. Məscidi Əksada inşaat işləri aparmaq adı altında əslində söküntü işləri aparıb, qədim fələstin xalqını torpaqlarından uzaqlaşdırmaqla Fələstini qəsb etmək istəyən İsrail bilməlidir ki, işğalçı siyasəti puç olacaqdır.

Müqəddəs Qüds şəhərinə sahib çıxa bilməyəcəkdir. Azərbaycan Doğru Yol Partiyası təşkilat komitəsi Qüds şəhərində fələstin xalqına qarşı İsrail zülm və zorakılığını kəskin şəkildə tənqid edir, insanlıq əleyhinə olan prosesi durdurmaq üçün İslam dünyasına və dünyanın tərəqqipərvər ictimaiyyətinə müraciət edib fələstin xalqının haqqını tanımaq üçün əməli işə keçməyə səsləyir.

Bakı şəhəri, 10 May, 2021.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here