Bizimsesimiz.info  // Qüdsün Qədim Bölgə ərazisindəki Qiyamət Kilsəsinin bu gün yenidən açılmasına qərar verilib.

Kilsə rəhbərləri dünən axşam mövzu ilə bağlı yaydıqları bəyanatda Qiyamət Kilsəsinin bu səhər Qüds vaxtıyla saat 04:00-dan qapılarını açacağını açıqlayıb.

Qüdsdəki İsrail bələdiyyəsi dünən şəhərdəki kilsələrdən və kilsələrə aid mülklərdən əmlak vergisi almaq qərarını dondurub.

İsrail bələdiyyəsinin kilsələrdən 1967-ci ildən bu yana yığılan əmlak vergilərini almaq qərarından sonra rum, latın və erməni xristianların birgə qərarı ilə Qiyamət kilsəsi etiraz üçün üç gün ibadətə bağlanmışdı.

İsrail bələdiyyəsinin vergi almaq qərarını dondurmasından sonra “Kilsələr işğala qarşı zəfər qazandı” başlığı ilə dərc olunan bəyanatda İsrailin yəhudi olmayan hər kəsə və hər şeyə müharibə elan etdiyi bildirilib.

Üç gün bağlı qalan Qiyamət kilsəsinin bu səhər erkən saatlarda yenidən ziyarətə açılmasıyla yüzlərlə xristianın kilsəyə axın etdiyi diqqətə çatdırılıb. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here