Qurban bayramını yunan adalarında keçirmək istəyən Türkiyə turistləri
Bizimsesimiz.info // Qurban Bayramı tətilini Yunan adalarında keçirmək istəyən türkiyəli turistlər Balıkesir Ayvalık rayonundakı Dəniz Sərhəd Qapısının önündə uzun növbələr yaradırlar.
İstirahət edənlər üç ayrı firmaya aid bərələrlə Ayvalıkdan Lesbos adasına keçirlər.
Adaya səfərləri təşkil edən turizm firmasının rəhbəri Əhməd Soydan Lesbos adasında hazırda təxminən 5 min türkiyəli turistin olduğunu bildirdi.
Hər gün təxminən min nəfərlik keçidin olduğunu qeyd edən Soydan bu vəziyyətin bayramın 3-cu gününə qədər davam edəcəyini və bayrama görə əlavə səfərlərin təşkil oluna biləcəyini söylədi.