Qurban Qurbanovdan xeyirxah addım

“Qarabağ”ın və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov xeyirxah addım atıb.

Oxu.Az “Sportlife” nəşrinə istinadən xəbər verir ki, Qurbanov ürək xəstəliyindən əziyyət çəkən keçmiş komanda yoldaşı, Tovuzun “Turan” klubunda birgə oynadığı Vəli Hüseynovu əməliyyat xərclərini ödəyib.

Əməliyyat üçün lazım olan 10 000 manatı ödəməyi öz öhdəsinə götürən Qurban Qurbanov, keçmiş komanda yoldaşının əlavə xərclərinə də köməklik edib.

Qeyd edək ki, Vəli Hüseynov “İnter” klubunun U-14 komandasında baş məşqçi kimi çalışırdı.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir